Diplomatik xidmət orqanlarında vəzifələrin siyahısı genişləndirilə bilər

image-cce9d472-260b-3cfa-af1e-94f03648d7c7_850jpg-1733739005backend

Diplomatik xidmət orqanlarında vəzifələrin siyahısı genişləndirilə bilər.

Busaat.az xəbər verir ki, bu, yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, diplomatik xidmət orqanlarında aşağıdakı diplomatik vəzifələr mövcuddur:

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda):

– orqanın (qurumun) rəhbəri;
– orqanın (qurumun) rəhbərinin müavini;
– xüsusi tapşırıqlar üzrə səfir, idarə rəisi;
– idarə rəisinin müavini;
– müşavir;
– şöbə müdiri;
– birinci katib;
– ikinci katib;
– üçüncü katib;
– attaşe.

Diplomatik nümayəndəlikdə:

– fövqəladə və səlahiyyətli səfir, təmsilçilik ofisinin rəhbəri, daimi nümayəndə, nümayəndə;
– səfirin müavini, daimi nümayəndənin müavini;
– müşavir-elçi;
– müşavir;
– birinci katib;
– ikinci katib;
– üçüncü katib;
– attaşe, maliyyə məsələləri üzrə attaşe.

Konsulluqda:

– baş konsul;
– konsul;
– vitse-konsul;
– konsul agenti, maliyyə məsələləri üzrə attaşe.

Layihədə qeyd olunub ki, Azərbaycanın fəxri konsulu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilir və diplomatik xidmətdə hesab olunmur.

Fəxri konsul Azərbaycanın, qəbul edən dövlətin və ya üçüncü dövlətin vətəndaşı ola bilər. Fəxri konsulun hüquqi vəziyyəti və fəaliyyətinin təşkili ilə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Xatırladaq ki, “Diplomatik xidmət haqqında” qüvvədə olan qanuna əsasən, diplomatik nümayəndəliklərdə və konsulluqlarda işləyən diplomatik xidmət əməkdaşları üçün 10 vəzifə təsdbit edilmişdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki