Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 889 $▲1.21%
  • Ethereum1 826 $▲3.23%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Son dəqiqə

Direktorun müəllimi döydüyü deyilən məktəbə komissiya göndərildi

image-1702362007_1702361970_1702359588_fotojet-34-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, Samuxda məktəb direktorunun müəllimi döydüyü iddia edilir. İddiaya görə, hadisə Qarayeri qəsəbəsində yerləşən 2 saylı tam orta məktəbdə olub.

İbtidai sinif müəllimi Şəhla Quliyevanın sözlərinə görə, məktəbin yeni direktoru vəzifəyə təyin olunduğu gündən onunla kobud davranıb. Sonuncu mübahisə isə xoşagəlməz halla nəticələnib.

Busaat.az əsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Təhsil İdarəsinin inzibati təşkilat sektorunun məsləhətçisi, ictimaiyyətlə əlaqə üzrə məsul şəxs Raminə Məmmədova bildirib ki, direktorun müəllimi döyməsi ilə bağlı məsələ araşdırılır.

O qeyd edib ki, məktəbə komissiya göndərilib.

“Birazdan bizim komissiya üzzvlərimizi məktəbə yaxınlaşacaq. Məsələ araşdırılacaq. Günün sonunda biz mediaya açıqlama verəcəyik”, – R.Məmmədova vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=130417