Dördqat dünya çempionu vəfat etdi – FOTO

image-vefat1674112602backend

Braziliyalı keçmiş futbolçu Mario Zaqallo 92 yaşında vəfat edib.

Busaat.az xəbər verir ki, bu barədə onun sosial media hesabında paylaşım edilib.

Ölümün səbəbləri barədə məlumat verilməyib.

Zaqallo Braziliya millisinin hücumçusu və məşqçisi kimi dörd dəfə dünya çempionu olub.

Bir çox futbol mütəxəssisləri tərəfindən futbol tarixinin ən yaxşı oyunçularından biri hesab edilən mütəxəssis 1970 komandasına rəhbərlik edib.

Mario Zaqallo futbolçu kimi 1958 və 1962-ci illərdə dünya çempionu olub.

Onun komandasına Pele, Jairzinyo, Roberto Rivelino və Tostao kimi futbolçular cəlb edilib.Modern.az

Dördqat dünya çempionu vəfat etdi 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki