Məzmuna keç
  • Azeri Light97.62 $▲1.21%
  • Brent neft89.60 $▲0.23%
  • WTI neft82.45 $▲0.12%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.348 $▼0.74%
  • Qızıl3 741 $▲0.03%
  • Gümüş45.44 $▲0.78%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda588.00 ¢▲0.73%
  • Bitcoin63 544 $▲0.89%
  • Ethereum1 801 $▲1.50%
  • S&P 5007 324▼0.23%
15°Bakı
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
  • USD1.7000
  • EUR1.8637▼0.0044
  • 100 RUB2.0630▼0.0057
  • GBP2.2325▼0.0111
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6564▲0.0011
  • 100 KZT0.3826▼0.0004
  • UAH0.0377▲0.0001
  • 100 JPY1.0653▼0.0028
  • CHF2.0151▼0.0079
Sosial

Dövlət Agentliyi Vətən müharibəsi veteranı ilə bağlı məsələyə münasibət bildirib

image-dovlet-tibbi-sosial-ekspertiza-ve-reabilitasiya-agentliyi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Vətən müharibəsi veteranı Vüqar İlqar oğlu Hüseynov işlə təmin olunmaq üçün məşğulluq orqanına müraciət etməyib”.

Busaat.az-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov Vətən müharibəsi iştirakçısının bəzi sosial şəbəkə səhifələrində yaydığı videoya münasibət bildirərkən deyib.

O xatırladıb ki, Ağdaş rayon sakini, 2001-ci il təvəllüdlü Vüqar Hüseynov müharibə veteranı olduğu üçün 2022-ci il yanvarın 1-dən ona prezidentin aylıq təqaüdü (80 manat) ödənilir: “Müharibədə aldığı xəsarətlə bağlı ona birdəfəlik sığorta ödənişi (2750 manat) də edilib. İşlə təmin edilmək üçün isə ötən dövrdə məşğulluq orqanına müraciət etməyib. O, əlilliyinin qiymətləndirilməsi üçün daxil olmuş göndəriş əsasında 2021-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Aidiyyəti qurumların tibb mütəxəssislərinin də iştirak etdiyi həmin müayinə zamanı Mərkəzi Hərbi Həkim Komissiyasının Vüqar Hüseynovla bağlı təqdim etdiyi yekun şəhadətnamədə qeyd olunan diaqnozun əlillik təyinatına əsas vermədiyi, həmçinin sağlamlıq vəziyyətində əlillik əlaməti olmadığı müəyyən edilib. Bu səbəbdən ona əlillik təyinatı aparılmayıb”.

T.Qurbanov həmçinin vurğulayıb ki, sonrakı dövrdə Vüqar Hüseynovun əlilliyinin qiymətləndirilməsi ilə bağlı da heç bir müraciəti olmayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=124327