Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.76 $▼1.91%
  • WTI neft90.34 $▼1.21%
  • Avropa qazı (TTF)85.98 €▼4.08%
  • Təbii qaz (ABŞ)3.003 $▲1.59%
  • Qızıl4 080 $▲0.63%
  • Gümüş51.97 $▲0.81%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda590.50 ¢▼0.80%
  • Bitcoin75 787 $▲0.07%
  • Ethereum2 242 $▲0.27%
  • S&P 5007 377▲0.27%
17°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Son dəqiqə

"Dövlət Baxçalının da Azərbaycana gəlməsini çox istərdik" - Partiya sədri

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik müqaviləsinin imzalanması bizim üçün hər şeydən vacibdir”.

Bunu Busaat.az-a açıqlamasında Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Şuşada açmaq istədiyi məktəbin Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində təməlqoyma mərasiminin keçiriləcəyinin qeyd edilməsinə baxmayaraq, sözügedən məsələnin baş tutmamasınə münasibət bildirən Demokrat Partiyasınnın (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Sərdar Cəlaloğlu Şuşa Bəyannaməsinin imzalanmasının orada məktəb tikilməsindən daha önəmli olduğunu vurğulayıb: “Dövlətlər arasında çox ciddi proses gedir və bu prosesdə zaman-zaman şüurlu və ya şüursuz şəkildə narazılıqlar yarana bilər. Bunları bir kənara qoymaq lazımdır. Bizə Şuşada məktəbin açılmasından çox oranın əbədi olaraq Azərbaycan sərhədi daxilində qalması üçün ölkəmizin təhhlükəsizliyinin təminatı lazımdır. Bu baxımdan Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik müqaviləsinin imzalanması bizim üçün hər şeydən vacibdir. Əlbəttə, çox istərdik ki, Dövlət Baxçalı, Kamal Kılıçdaroğlu və digər partiyaların sədrləri də Azərbaycana gələrdi. Mənə elə gəlir ki, indiki şəraitdə umu-küsünü gündəmə gətirmək düzgün deyil. Əas odur ki, bizim çoxdan arzuladığımız addım atıldı və “Bir millət, iki dövlət” anlayışından “Bir millət, bir dövlət” anlayışına keçid edildi”. Emin

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=49920