“Sentyabr ayında biz yeni mərhələyə başlayacağıq və səriştə modeli əsasında aprobasiya keçirəcəyik”.
Busaat.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu üzrə Astana Regional Xabın birgə təşkilatçılığı ilə Dövlət qulluğunda səriştə əsaslı seçim və fəaliyyətin qiymətləndirilməsi” mövzusunda keçirilən seminarda jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, aprobasiyadan əvvəl modelin aparıcı versiyası beynəlxalq ekspertlərə təqdim olunub və onlarla fikir mübadiləsi keçirilib.
DİM sədri bildirib ki, bu, çox ciddi bir prosesdir və hazırda bu modelin tətbiqinə başlanılır.
“2024-cü ildə aprobasiyaya start verilir və 2025-ci ildə müvafiq qanunvericilikdə dəyişikliklər olduqdan sonra dövlət qulluğu və peşə qəbul prosesini bu model əsasında keçirəcəyik”