Dövlət qulluqçuları imtahanlara ödənişli şəkildə nəzarətçi götürülür – Qanun pozuntusu?

image-rezidenturaya-qebul-imtahanina-qeydiyyat-baslanirbackend

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən abituriyent, dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi kimi imtahanlarda dövlət qulluqçularının ödənişli şəkildə nəzarətçi qismində iştirak etmələri ciddi müzakirə yaradıb.

Busaat.az xəbər verir ki, Prvada.az-a bu barədə ünvanlanan müraciətdə nəzarətçilər arasında Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və digər qurumlarda çalışan dövlət qulluqçularının olduğu bildirilib:

“Bu, “Dövlət qulluğu haqqında” qanunun 20-ci maddəsinin (Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər) pozulması deməkdir. Mövcud maddənin 1-ci bəndində qeyd edilir ki, dövlət qulluqçularının əlavə ödənişli vəzifə tutmağa ixtiyarları yoxdur. Həmçinin “Korrupsiya haqqında” qanunda vəzifəli şəxs qismində dövlət qulluqçuları da qeyd olunur.

Saytımıza ünvanlanan müraciətdə habelə bildirilir ki, DİM-nin “Qaynar xətti”nə bununla bağlı edilən müraciətə cavabda həmin dövlət qulluqçularının daha əvvəldən bazada olduqları, zamanla çıxarılacaqları deyilib.

Bu da iddia edilir ki, imtahanlarda iştirak edən dövlət qulluqçuları imtahan rəhbərləri ilə “sövdələşmə”, yaxud “tapşırıq” əsasında bu işi görürlər.

Məsələ ilə bağlı Pravda.az saytı tərəfindən DİM-nə sorğu ünvanlanıb.

Qeyd: DİM təşkil etdiyi imtahanlar üçün nəzarətçilərin elektron qeydiyyatı sistemini yaradıb. DİM-nin rəsmi saytında yerləşdirilən məlumata görə, zal nəzarətçisi sertifikatı almaq üçün namizədlər qeydiyyatdan keçdikdən sonra onlar elektron sistemə daxil etdikləri anket, şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənədin əsli (diplom), məhkumluğun olmaması barədə arayışla yanaşı iş yeri haqqında arayışlarını da DİM-nə təqdim etməlidirlər. “Dövlət qulluğu haqqında” qanun isə 21 iyul 2000-ci ildə imzalanıb, 2001-ci il sentyabrın 1-dən qüvvədədir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki