Dövlət Xidməti: “9 ayda istehlakçılara 447 min manat geri qaytarılıb”

image-pulllllbackend

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təmin etdiyi müraciətlər hesabına 447 038 min manat vəsait istehlakçılara geri qaytarılıb.

Busaat.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64,7 % çoxdur.

Bundan başqa, M.Abbasbəyli qeyd edib ki, hesabat dövründə vətəndaşlara dəymiş 45 990 manat ziyan ödənilib. Bu isə 1 il əvvələ nisbətən 2,6 dəfə çoxdur.

9 ayda Dövlət Xidmətinə daxil olan 2 162 müraciət təmin olunub ki, bu da illik müqayisədə 14,9 % çoxdur.

“İstehlakçı məmnuniyyətinin əldə edilməsi biznesin bazarda rəqabət üstünlüyünü təmin edir, səmərəliliyini artırır. Bu baxımdan istehlakçı hüquqlarının müdafiəsində ilk pillədə biznes subyektləri və sahibkar-istehlakçı əlaqələrinin qarşılıqlı etimad əsasında təşkili dayanır”, – deyə o qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki