Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 363 $▼5.66%
  • Ethereum1 769 $▼8.23%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048

DTX-nın həbs etdiyi nazir müavini haqda maraqlı məlumatlar

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramovun saxlanıldığını bildirilir.

Busaat.az xəbər verir ki, Rafiq Bayramov ölkə başçısı İlham Əliyevin 27 iyun 2018-ci il tarixli sərəncamı ilə bu vəzifəyə təyin edilib.

48 yaşlı nazir müavini 1989-cu ildə Bakıdakı 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə ilə bitirib, 1990-1995-ci illər ərzində Bakı Dövlət Universitetində (BDU) təhsil alıb və ali təhsilini də fərqlənmə diplomu ilə başa vurub.

Rafiq Bayramovun əmək fəaliyyətinə gəlincə, BDU-da təhsil aldığı müddətdə universitetin “Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi” elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib.

1998-1999-cu illərdə Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999-2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyəti Aparatının ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib.

2001-2003-ci illərdə isə Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003-2006-ci illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi , 2006-2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi işləyib. 2014-cü ildən nazir müavini təyinatına qədər Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Rafiq Bayramov həmçinin 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədri olub.//

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=9327