DTX-nın tutduğu generalın gömrükçü kürəkəni də həbs edildi

image-1659102918_1659083016_0001backend

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alan Bakı Baş Gömrük İdarəsinin sabiq əməkdaşı Rafael Əzizov barəsində verilmiş protestə baxılıb.

Busaat.az xəbər verir ki , Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə yenidən araşdırılan işlə bağlı birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Qərara əsasən, şərti cəza verilmiş Rafael Əzizov 2 il 2 ay müddətinə azadlıqdan məhrum olunaraq məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, həbs olunan Rəfail Əzizov DTX-nin həbs etdiyi gömrük generalı Ehtiram Xəlilovun kürəkənidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki