Dünya çempionatı: Azərbaycan cüdoçusu qələbə qazanıb

image-cudobackend

Azərbaycanın yeniyetmə cüdoçusu Aslan Kotsoyev Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Busaat.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində İspaniya təmsilçisi Perez Ramirezlə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kotsoyev 1/8 finala yüksəlib. O, bu raundda serbiyalı Nikola Giroviçlə qarşılaşacaq.

Bu gün, həmçinin, 90 kq-dan yuxarı çəkidəki Ramazan Əhmədov 1/8 finalda italiyalı Emiliano Rossi ilə görüşəcək.

Qeyd edək ki, Azərbaycan təmsilçilərindən daha əvvəl Nihad Məmişov (50 kq), Xədicə Qədəşova (52 kq) qızıl, Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (60 kq), Əbil Yusubov (66 kq) gümüş, Mirxaliq İskəndərov (55 kq) və Süleyman Şükürov (73 kq) bürünc medal əldə ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki