Dünya çempionu 29 yaşında vəfat etdi

image-1705656343_be754738-78c4-32fc-9a3f-a77916780223_850backend

Kanadalı atlet, dünya çempionu Şon Barber 29 yaşında vəfat edib.

Busaat.az xəbər verir ki, bu barədə ABŞ-nin Akron Universitetinin atletika fakültəsinin mətbuat xidməti məlumat yayıb.

Açıqlamada idmançının bir müddətdir xəstəlik səbəbindən səhhətində problemlər yaşadığı qeyd olunub. O, Kinqsvuddakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Şon Barber 2015-ci ildə şüvüllə tullanma üzrə dünya çempionu olub. 2016-cı ilin yanvarında isə qapalı yarışda 6 m nəticə göstərərək, Kanada rekordunu yeniləyib.Modern.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki