Dünya Qadın Seriyası: “Neftçi” bu gün ABŞ yığması ilə üz-üzə gələcək

image-dunya-qadin-seriyasibackend

3×3 basketbolu üzrə qadınlardan ibarət “Neftçi” komandası Dünya Qadın Seriyasının Melilya mərhələsində bu gün növbəti oyunu keçirəcək.

Busaat.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi 1/4 final mərhələsində ABŞ millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 20:25-də start götürəcək.

Qeyd edək ki, “Neftçi” qrupda “Yuanda” (Çin) klubuna 9-21 hesabı ilə uduzub, Portuqaliya yığmasına isə 21:17 hesabı ilə qalib gəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki