Məzmuna keç
  • Azeri Light127.60 $▲0.00%
  • Brent neft110.71 $▲0.91%
  • WTI neft101.12 $▲0.33%
  • Avropa qazı (TTF)94.68 €▼1.47%
  • Təbii qaz (ABŞ)3.059 $▲0.72%
  • Qızıl4 058 $▲0.71%
  • Gümüş54.16 $▲0.75%
  • Pambıq77.90 ¢▼1.53%
  • Buğda611.25 ¢▼0.53%
  • Bitcoin81 100 $▲0.37%
  • Ethereum2 363 $▲0.69%
  • S&P 5007 723▲0.60%
15°Bakı
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
  • USD1.6994▼0.0017
  • EUR1.8957▼0.0094
  • 100 RUB2.1100▲0.0081
  • GBP2.2649▼0.0071
  • TRY0.0341▼0.0001
  • AED0.4627▼0.0005
  • CNY0.2544▼0.0001
  • GEL0.6548▲0.0001
  • 100 KZT0.3735▼0.0030
  • UAH0.0373▼0.0001
  • 100 JPY1.0775▼0.0039
  • CHF2.0517▼0.0090
Dünya

Dünyada 333 milyon uşaq ifrat yoxsulluğun məngənəsindədir

image-yoxsul-usaq
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dünyada 333 milyon uşaq, yəni təxminən hər 6 uşaqdan biri həddindən artıq yoxsulluq içində yaşayır.

Busaat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondu (UNICEF) məlumat yayıb.

(UNICEF) və Dünya Bankı birgə “Beynəlxalq aclıq həddinə görə yoxsulluq içində yaşayan uşaqlar” adlı hesabat hazırlayıb.

Hesabatda gündə 2,15 dolların altında yaşayan və “həddindən artıq yoxsulluq” sayılan uşaqların sayının 2013-cü ildən 2022-ci ilə qədər yüzdə 13 azalaraq 383 milyondan 333 milyona düşdüyünə diqqət çəkilərək, 30 milyon uşağın hədəfdən geri qaldığı ifadə edilib.

Gələn həftə Nyu Yorkda başlayacaq BMT Baş Assambleyasının iclaslarında BMT-nin Davamlı İnkişaf Məqsədlərinin də müzakirə ediləcəyinə diqqət çəkən hesabatda bu tempin davam edəcəyi təqdirdə 2030-cu ilə qədər uşaq yoxsulluğuna son qoyulması hədəfinə nail olunmayacağı qeyd edilib.

Hesabatda uşaq yoxsulluğunun ən böyük yükünü Sahara-altı Afrika bölgəsinin daşıdığına diqqət çəkilərək, dünyadakı “həddindən artıq yoxsul” uşaqların yüzdə 40-ının bu bölgədə olduğu deyilib.

2013-cü ildə yüzdə 54,8 olan bu bölgədə uşaq yoxsulluğu nisbətinin 2022-ci ildə yüzdə 71,1-ə yüksəldiyinə də diqqət çəkilib.

Hesabatda UNICEF və Dünya Bankı hökumətləri və maraqlı tərəfləri uşaq yoxsulluğuna son qoymaq üçün bu məsələni prioritetləşdirməyə çağırıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121575