Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft104.76 $▼4.75%
  • WTI neft96.57 $▼4.18%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.870 $▼1.27%
  • Qızıl3 956 $▲1.17%
  • Gümüş50.58 $▲0.98%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda606.00 ¢▲0.54%
  • Bitcoin76 562 $▼2.13%
  • Ethereum2 235 $▼1.62%
  • S&P 5007 555▼0.34%
14°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
İqtisadiyyat

EDB Azərbaycanın bankın səhmdarları sırasına daxil olacağına ümid edir

image-ofjgigjpg-1733395409
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Avrasiya İnkişaf Bankı (EDB) bankın səhmdarlarının sayının artmasına ümid edir və Azərbaycan onlardan biri ola bilər.

Busaat.az xəbər verir ki, bu barədə EDB-nin idarə heyətinin sədri Nikolay Podquzov mətbuat konfransında bildirib.

N.Podquzov yeni iştirakçıların cəlb edilməsi yolu ilə EDB-nin təbii artımının zəruriliyini qeyd edib:

“Biz banka yeni iştirakçıların cəlb edilməsi üzrə fəaliyyətimizi gücləndirmək istəyirik. Avrasiya regionunda fəaliyyət göstərən bank olaraq görürük ki, ilk növbədə regiondakı qonşu ölkələr namizəd ola bilər. Aydındır ki, Türkmənistan, Monqolustan və ya Azərbaycan kimi ölkələr bankın həqiqi tərəfdaşları ola bilərdi. Yaxın Şərq ölkələri Mərkəzi Asiya regionuna investisiya yatırmaqda maraqlıdırlar”.

EDB-nin sədri əmindir ki, yeni namizədlər gələn il elan oluna bilər.

“Danışıqlar prosesinin hər hansı konkret nəticələri ilə bağlı hələlik məlumat verməyə hazır deyiləm. Lakin əminəm ki, 2025-ci ildə biz banka daxil olacaq yeni namizəd ölkələr barədə daha məlumatlı danışa biləcəyik və coğrafi fəaliyyətimizi genişləndirəcəyik”, – N.Podquzov bildirib.

Qeyd edək ki, EDB-nin nizamnamə kapitalı 7 milyard ABŞ dolları olan beynəlxalq inkişaf bankıdır. Bankın səhmdarları 6 ölkədir. Özbəkistan isə banka qoşulma prosedurunu tamamlayır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=154866