Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.83 $▲1.19%
  • WTI neft85.65 $▲0.75%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.188 $▲3.27%
  • Qızıl3 852 $▼0.66%
  • Gümüş47.18 $▼0.64%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 816 $▼1.54%
  • Ethereum1 794 $▼1.38%
  • S&P 5007 325▼1.29%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Eddi də milliyə gəlməkdən imtina etdi

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

İspaniyanın “Albasete” klubunda çıxış edən Eddi İsrafilov Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edə bilməyəcək.

Busaat.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edərək bildirib ki, hazırda İspaniyada koronavirus (COVİD-19) pandemiyası ilə bağlı vəziyyət gərgin olduğu üçün ölkəni tərk etdikdən sonra geri qayıdarkən minimum 2 dəfə müvafiq test verilməlidir, testlərin cavabının alınması isə qısamüddətli deyil. Testlərin cavabını gözlədiyi müddətdə futbolçunun məşq etməsinə icazə verilməyəcək.

Eddi İsrafilovun qeyd olunan problemlə üzləşməməsi üçün Canni De Byazi onun millinin təlim-məşq toplanışında və UEFA Millətlər Liqası çərçivəsində Lüksemburq və Kipr millilərinə qarşı oyunlarda iştirak etməməsinə razılıq verib.

Qeyd edək ki, bundan əvvəl millimizin və  Almaniyanın “Erzgebirge” (Aue) klubunun futbolçu Dmitri Nazarov eyni səbəbdən yığmamızın təlim-məşq toplanışında iştirakdan imtina edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=16690