Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.25 $▼1.95%
  • WTI neft95.57 $▼1.56%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.853 $▼1.07%
  • Qızıl3 944 $▲0.29%
  • Gümüş49.25 $▼0.71%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda591.75 ¢▼2.23%
  • Bitcoin76 229 $▼1.43%
  • Ethereum2 244 $▼1.24%
  • S&P 5007 569▲0.35%
17°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Gündəm

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırlayıb

image-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırlayıb.

Bu barədə Busaat.az-a nazirlikdən bildirilib.

Qeyd olunub ki, yerli özünüidarənin təkmilləşdirilməsi, dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılması, yerli əhəmiyyətli məsələlərin həllində onların fəaliyyətinin genişləndirilməsi məqsədilə qəbul edilmiş müvafiq qanunla 1400 bələdiyyənin birləşməsi nəticəsində 480 yeni bələdiyyə yaradılıb və ölkə üzrə bələdiyyələrin ümumi sayı 685 olaraq müəyyənləşib.

Bildirilib ki, Ədliyyə Nazirliyi fəaliyyət istiqamətləri çərçivəsində bələdiyyələrin işinin təşkilinə kömək edir, onlara metodoloji yardım göstərir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir. Bu istiqamətdə Nazirliyin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən tövsiyə hazırlanıb.

Tövsiyədə bələdiyyələrin tərkibinin formalaşdırılması, ilk iclasının keçirilməsi, iclaslarda müzakirə edilən məsələlər, eləcə də bələdiyyə aktlarının inzibati nəzarət orqanına təqdim olunması və s. məsələlər öz əksini tapıb.

“Bələdiyyələrlə iş” informasiya sisteminə daxil olaraq tövsiyə ilə tanış olmaq mümkündür.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=159667