Efirə qonorar müqabilində çıxdığını etiraf etdi

image-kubrabackend

Əməkdar artist Kübra Əliyeva yerli televiziyalarda proqramlara çıxmaq müqabilində qonorar aldığını açıqlayıb.

Busaat.az xəbər verir ki, aktrisa bu barədə “Zaurla günaydın” proqramında bildirib.

O, adını açıqlamadığı bir kanal tərəfindən ona qonorar ödənildiyini, ATV-dən də eyni addımı gözlədiyini deyib:

“73 yaşa çatıram. Bütün kanallar qonaq çağırır, getməyəndə isə inciyirlər. Hər efir üçün saç-makiyaj, geyim hazırlamalısan. Bir kanal mənə qonorar ödəyir, ATV kanalı da ödəsə, daha yaxşı olar”.

Qeyd edək ki, K. Əliyeva mütəmadi olaraq ARB TV-də bir çox proqramda ekspert qismində çıxış edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki