“Əgər Çin Rusiya ilə müttəfiqlik etsə, bu, dünya müharibəsi olacaq” – Zelenski

image-zelenskibackend

Almaniyanın “Welt” qəzetinin İtaliyanın “La Repubblica” qəzetinə istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti Volodimir Zelenski, “Çin Rusiya ilə müttəfiqlik etsə, bu, dünya müharibəsi olacaq və məncə, Çin bundan xəbərdardır”, – deyib.

Çin məsələsinin son dərəcə mürəkkəb olduğunu vurğulayan Zelenski əlavə edib: “Çinin bu müharibədə Rusiya Federasiyasına dəstək verməməsi bizim üçün önəmlidir. Əslində onun bizim tərəfimizdə olmasını istərdim. Ancaq bunun bir problem olduğunu düşünmürəm. Mən bunu bir fürsət kimi görürəm”.

Ukrayna kəşfiyyat xidmətinin Rusiyanın Moldova hökumətini dəyişmək istədiyi barədə məlumat aldığını bildirən Zelenski bunu Moldova prezidenti Maia Sanduya çatdırdıqlarını və bu məlumatın qısa müddət sonra Avropa ölkələri tərəfindən də təsdiqləndiyini qeyd edib.

Ukrayna prezidenti Zelenski, “Qərb gec-tez Ukraynanı dəstəkləməkdən yorulacaq. O zaman Rusiyaya qarşı tək qalmaqdan qorxmurlarmı?” sualına belə cavab verib: “Heç kim təkbaşına döyüşməyi sevmir, bu tamamilə normaldır. Əgər kimsə bir gün tək qalacağımızı düşünürsə, o zaman başa düşmür ki, biz kim üçün və nə üçün mübarizə aparırıq. Əgər Qərb bizi dəstəkləməyi dayandırsa, ölkəmiz məhv olacaq və artıq mövcud olmayacaq, amma sonda nə olacaq? İşğalçılar onu Rusiya kimi bir ölkəyə çevirə biləcəklərmi? Bu, mümkün deyil”.

Ukraynalıların Rusiya prezidenti Vladimir Putinin siyasətinə nifrət etdiyini və Putinin bunu zərrə qədər də dəyişdirə bilməyəcəyini qeyd edən Zelenski bu fikirləri bölüşüb:

“Putin Sovet İttifaqını yenidən qurmaq istəyir, amma buna nail olmayacaq. Milyonlarla polyak rus əsgərlərinin öz ölkələrində olmasını istəmir. Slovaklara nə edəcəklərini deyə bilməyəcək, Latviya, Estoniyanı, Litvanı ala bilməyəcək və Ukraynanı işğal edə bilməyəcək. Prezident kimi mən bunu heç vaxt qəbul edə ya da bunu xalqımıza izah edə bilmərəm. Çünki mən xalqımızla eyni şeyi düşünürəm: Biz işğal olunmaq istəmirik. Biz buna hazır deyilik. Biz SSRİ-nin bir hissəsi olmaq istəmirik və biz Rusiya Federasiyasının da bir hissəsi olmaq istəmirik. Biz sadəcə iki-üç nəfər deyilik, qırx milyon insanıq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki