Əgər dövlət maraqlarına uyğun gəlməsə, Ermənistan sülh müqaviləsini imzalamayacaq – Paşinyan

Əgər dövlət maraqlarına uyğun gəlməsə, Ermənistan sülh müqaviləsini imzalamayacaq – Paşinyanbackend

Əgər həmin mətn Ermənistanın dövlət maraqlarına uyğun gəlmirsə, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamayacaq.

Busaat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə axşamı keçirdiyi mətbuat konfransında deyib.

“Belə bir sənəd (yəni Ermənistanın maraqlarını təmin edən) olsaydı, deyərdim ki, mən artıq imzalamışam, ya da sabah imzalayacağam. Təkliflərimizi Azərbaycan tərəfinə göndərmişik, hələ də cavab almamışıq” – deyə, erməni lider qeyd edib.

“Dəfələrlə belə şayiələr yayılıb ki, Ermənistan hökuməti hansısa sənədi imzalamağa hazırdır. Deyirəm ki, əksinə, masanın üstündə imzalayacağımız kağız varsa, bu, pis deyil, yaxşı xəbər olacaq, çünki bu, balanslı hesab etdiyimiz bir nöqtəyə çatmağı bacardığımızı ifadə edəcək və Ermənistanın maraqları qoruyacaq” – deyə, Paşinyan əlavə edib.

“İndi problem təkcə yazının məzmununda deyil, onun həyata keçirilməsi mexanizmindədir. Bizim 9 noyabr tarixində imzalanmış sənədimiz var, lakin bu gün o, icra olunmur. Sadəcə bir kağızı imzalamaq kifayət deyil. İmzalanan sənədin nə dərəcədə sülh gətirəcəyi əsas sualdır. Əgər bu sənədin tətbiqi və icrası üçün mexanizmlər yoxdursa, biz “sülh müqaviləsi” adlı sənəd imzalaya bilərik və bir həftədən sonra gərginliyin artmasını görə bilər və ya müharibə baş verə bilər. Mən çox istərdim ki, bu gün bir kağızımız olsun və bugünkü mətbuat konfransı həmin sülh müqaviləsinin müddəaları ilə bağlı olsun” – deyə, Paşinyan bəyan edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki