Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.08 $▲0.47%
  • WTI neft88.92 $▲0.76%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.242 $▼2.70%
  • Qızıl3 888 $▼0.75%
  • Gümüş48.65 $▼3.17%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.50 ¢▲0.38%
  • Bitcoin67 115 $▼1.62%
  • Ethereum1 892 $▼1.83%
  • S&P 5007 562▼0.40%
8°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Son dəqiqə

Əhaliyə qazla bağlı MÜHÜM XƏBƏR: Sayğaclar...

image-qazsaygac_1739451987-full
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ölkənin bir sıra ərazilərində qaz sayğaclarına smart-ötürücü qurğuların quraşdırılmasına başlanılıb.

“Azəriqaz” İctimai Birliyindən Busaat.az-a verilən xüsusi məlumata görə, 2022-ci ilin iyul ayında qüvvəyə minmiş “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi nəzərdə tutulur.

““Azəriqaz” İB transformasiya layihələri çərçivəsində ağıllı şəbəkə ilə bağlı texnoloji həllərin pilot layihə formatında yoxlanılmasını təşkil edir. Bu məqsədlə müxtəlif vendorlar tərəfindən istehsal olunan avadanlıqlar sahələrdə test olunur. Məqsədimiz keyfiyyətli olan avadanlıqların müəyyənləşdirilməsi və bütün təsərrüfat üzrə tətbiqidir. Vətəndaşlar üçün bir çox üstünlükləri vardır, qısa izah versək mövcud halda baş verən texniki nasazlıqların bir çoxunun aradan qaldırılmasına xidmət göstərəcəkdir”.

Birlikdən bildirilib ki, hazırda məişət tipli (mexaniki) qaz sayğaclarının üzərində pilot layihə olaraq smart-ötürücü qurğular quraşdırılır.

“Smart” ötürücü qurğunun ölkə ərazisində yeni qazlaşdırılan mənzillərdə pilot layihə olaraq tətbiqi davam etdirilir, mövcud abonent bazası ilə «smart-ötürücülər» arasında inteqrasiya yaradılıb, müsbət təcrübə əldə olunub. «Smart» ötürücü qurğunun tətbiqindən sonra mexaniki sayğaclardakı göstəricilərin avtomatik olaraq məlumat bazasına ötürülməsi, eyni zamanda fiziki müdaxilə olmadan uzaqdan idarəetmə ilə borclu abonentin mexaniki sayğacının klapanının bağlanması mümkün olacaq”.

Qurumdan verilən məlumatda qeyd olunub ki, artıq cari ildən etibarən “Azəriqaz” İB tərəfindən «Smart» ötürücü qurğuların kütləvi tətbiqinə başlanılacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=159134