Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 375 $▲0.41%
  • Ethereum1 805 $▲2.07%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Əhaliyə ŞAD XƏBƏR: Novruz tətilinə qədər…

image-tia_1d09a04e864a0f88e9a54c92f024015f_yrvqnaz4x53slkthj917-640x336
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Yanvarın ilk həftəsində ölkəyə idxal olunan komfortlu avtomobillərin qiymətində təxminən 5 faiz artım olub. Ondan sonra bazarda qiymət dəyişikliyi qeydə alınmayıb”. 

Busaat.az xəbər verir ki, bunu musavat.com-a nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib. Ekspert bildirib ki, hazırda ölkənin avtomobil bazarında vəziyyət sabitdir:

Yanvar ayının statistikasına görə, ikinci əl avtomobil bazarında mühərrik həcmi 3000 kubsantimetrdən yuxarı olan maşınların qiymətində təxminən 5 faiz azalma müşahidə etmişdik. Bunu ötən il ərzində “Aİ-95″ markalı benzinin qiymətinin yüksəlməsi və sığorta qiymətlərinin dəyişməsi ilə əlaqələndirə bilərik. Fevral ayında isə yanvara nisbətən bazar daha fəal olub. Qiymətlərdə kəskin artım və eniş yoxdur. Ən azından Novruz tətilinə qədər qiymətlər sabit qalacaq.

Yeni avtomobillərə gəldikdə, daha çox mini krossover və krossoverlərə maraq var. Həmçinin hibridlərə maraq var. Elektromobillərin idxalı zamanı rüsumlardan azad olunmadan sonra bu tip avtomobillərə də maraq artıb.

Bu gün ölkəyə idxal olunan yeni avtomobillər arasında hibridlərin sayı getdikcə artır. Həmçinin Avropa İttifaqı istehsalı olan yeni marka və modellərin də gəlməsi davam edir. Ötən ilin sonunda Aİ ölkələrində istehsal olunan avtomobillərin artıq Bakı şəhərində rəsmi dileri açılıb. Rusiya istehsallı avtomobillərin idxalı demək olar ki, sıfıra enib. Bunun əvəzində Çin istehsalı olan avtomobillərin idxalı artıb”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=103656