Əlcəzairli rəssam Nahla El Fatiha Naili –  Rəssam haqqında maraqlı faktlar…

image-7893ace8-e42b-4df0-b9f6-1547cb1726e2-1backend

Nahla Naili, 1986-cı ildə Əlcəzairin Hidra şəhərində doğulub. Atası Rabah Naili elektron mühəndisliyi professoru və meteorologiya mütəxəssis idi, Cicel vilayətindən olan anası Hafida Bouhired dizayner olub. Ailəsi Cəzair Casbah şəhərindəndir.

Ana babası Mustapha Bouhired, Parisdə “Racing Club de France football Colombes 92” İdman Klubunun futbolçusu və “Alger republicain” idman jurnalisti idi. Cezayir inqilabından əvvəl və FLN cihadçı olmadan əvvəl, Fransanı azad etmək üçün İkinci Dünya müharibəsinə qatılıb. 14 mart 1957-ci ildə Əlcəzairin Casbah şəhərində öldürülüb.

Ana nənəsi, Fatiha Bouhired – doğma Hattali Oukhiti, həyat yoldaşı kimi bir cihadçı idi və Əlcəzair müharibəsi dövründə Əlcəzair şəhər milliyyətçiləri üçün sığınacaq olaraq ailə evlərini istifadə edib. Fatiha ailəsi evində iki dəfə həbs olunub, bir dəfəsində Saadi Yacef, Zöhra Drif və altı aylıq qızı Hafida Bouhired ilə bərabər həbs olunub və Serkadji Həbsxanasına göndərilib. Həbs olunduqdan kısa zaman sonra isə sonra sərbəst buraxılıb.

Valideynləri boşandıqdan sonra anası və kiçik qardaşı Arslan Larbi Redouan Naili ilə Əlcəzair yüksəkliklərində Bouhired ailəsinin evinə köçüb. Anası və xalaları Zina, Leyla və Houria Bouhired tərəfindən böyüdülüb. 2007-ci ildə, Nahla Əlcəzairdəki “Alexandre-Dumas Lycee International”-da Fransız bakalavr S seriyasını, daha sonra isə 2016-cı ildə isə Əlcəzair “Gözəl Sənətlər Kollecini” bitirib. 2018-ci ildə “Pantheon-Sorbonne Universitetində” doktorluq dissertasiyasını yazıb.

Mərakeş və Tunisdə medinınin bərpası üzrə müxtəlif təhsil də alıb. 2017-ci ilin iyul ayında UNESCO-nun “Gönüllü İdarəetmə və İctimai/Özəl Layihələr İştirak” və İordaniyanın Amman şəhərində 2018-ci ilin oktyabr ayında “Mədəni İrsin Öyrənilməsi” təlim proqramında iştirak edib. 2018-ci ilin dekabr ayında Tunisdəki “Mədəni irsin gənc tərəfdarları arasında yaradıcı rəqəmsal texnologiyalara olan iştahının artırılması” proqramına qatılıb.

“Casbah Qoru” dərnəyin üzvü və Baş katibidir, həmçinin “Uyanmış Gənclər Hərəkatının” qurucu üzvüdür.

2016-cı ildə Nahla, qardaşı Arslan və qohumu Səlma Bouhired ilə birlikdə “NAS Workshop” layihəsini reallaşdırıb.

Hazırladı : Bünyamin Bünyadzadə

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki