Elçin Əmirbəyov: “Bakı-İrəvan razılaşması beş bənddən ibarətdir”

image-elcin-emirbeyovbackend

Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi beş əsas bənddən ibarətdir.

Busaat.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov bildirib.

“Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi beynəlxalq qanunvericiliyə əsaslanan beş əsas bənddən ibarətdir. Bu sənədin ən mühüm bəndlərindən biri də qarşılıqlı hörmətdir. Bu prinsipə sadiqlik hər iki tərəf tərəfindən təsdiqlənib”, – Əmirbəyov Sky News Arabia telekanalına müsahibəsində vurğulayıb.

O qeyd edib ki, saziş layihəsində dövlətlər arasında sərhədlərə hörmətlə yanaşı, iki ölkənin suverenliyi və ərazi bütövlüyünün tanınması da nəzərdə tutulub və bir-birinin daxili işlərinə qarışmamaq bəyan edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki