Əliyevin SƏRT MESAJI Ermənistanı çalxaladı – Paşinyan ordunu geri çəkir

image-eliyevmesajbackend

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün hökumətin 2021-2026-cı il üzrə proqramını təqdim edərkən, üç mühüm məsələyə toxunub.

Bu barədə Metbuat.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, Paşinyan deyib ki, İrəvan Azərbaycanla sərhəddə ordunu geri çəkməyə və bölgəyə sərhədçiləri yerləşdirməyə hazırlaşır. Nikol qeyd edir ki, bu, Ermənistanın dinc regional gündəmi təşviq etmək istəyini sübut edir.

Bir kəmər - bir yol, yoxsa ABŞ yolu? - Azərbaycan iki od arasında »  Qaynarinfo.az

“İkinci məsələ Türkiyə ilə bağlıdır. Paşinyan artıq münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib.Üçüncü qərar isə Ermənistanın Minsk qrupu formatında sülh danışıqları prosesini bərpa etməyə hazır olmasıdır. Birinci fikir Ermənistanın “sülhpərvər” mövqeyini göstərməyə hesablanıb və bunu açıq şəkildə bildirir də. Xüsusilə İlham Əliyevin Kəlbəcər səfərində sərhəd məsələsi ilə bağlı qəti və sərt mövqeyi fonunda Nikolun “sülh göyərçini” olmaq istəyinin hədəfi məlumdur. Hərçənd, bu açıqlama iki kontekstdə diqqət çəkir.

Birincisi, Azərbaycanla sərhəddə əvvəlcə “beynəlxalq müşahidəçiləri”, daha sonra Rusiya hərbçilərini gətirmək istəyən Paşinyan indi erməni sərhədçilərin yerləşməsindən danışır.

İkincisi, bu açıqlamanı kommunikasiyanın bərpası üzrə üçtərəfli işçi qrupunun Moskvada görüşə yenidən başlanmasından dərhal sonra verdi. Düşünürəm ki, bu mənzərə sərhədin delimitasiyası ilə bağlı prosesin getdiyi və Ermənistanın daxili ictimaiyyətə yönələn sərt ritorikasına rəğmən, razılaşdığı, yaxud buna məcbur olduğu ehtimalını önə çıxarır: ordunu geri çəkir və rus hərbçilərini gətirə bilmədiyi bölgəyə öz sərhədçilərini yerləşdirirsə, delimitasiya prosesindən sonrakı dövrə hazırlıq getdiyini deyə bilərik. Üçtərəfli qrupun Ermənistan tərəfindən məhz sərhəd məsələsinə görə birtərəfli qaydada dayandırılan fəaliyyətinin bərpa edilməsi də bu ehtimalı gücləndirir, çünki sərhəd məsələsi həll edilmədən, kommunikasiyanın açılması mümkünsüzdür”.

Asif Nərimanlı bildirdi ki, Nikol Türkiyəyə müsbət siqnallar ötürməklə, ölkəsini blokadadan çıxarmaq niyyətindədir. Bu kontekstdə Əliyevin sərhəd probleminin yaşandığı Kəlbəcərə üçtərəfli işçi qrupunun Moskva görüşündən öncə səfər etməsi və sərhədlə bağlı qəti mövqe sərgiləməsi diqqət çəkir. Siyasi şərhçi qeyd etdi ki, Bakı bütün tərəflərə geri çəkilməyəcəyinin, lazım olacağı təqdirdə, daha sərt tədbirlərə əl atacağının mesajını verdi.

“O da istisna deyil ki, Paşinyan hakimiyyəti delimitasiyası prosesindən öncə sərhəddə sonuncu və həlledici toqquşmaya getsin, bu, xüsusilə atacağı addımlara haqq qazandırmaq baxımından lazım ola bilər. Lakin “Minsk qrupu formatında sülh danışıqları prosesini bərpa etmək” mövqeyi burada ziddiyyət təşkil edir. Ermənistan sərhədin delimitasiyası prosesinə razıdırsa, o zaman, Qarabağla bağlı hansı yeni danışıqlardan söhbət gedə bilər. Çünki Nikol da anlayır ki, sərhəd məsələsinin yekunlaşması sərhəd müqaviləsinin imzalanmasına yol açır və bu, ikitərəfli qaydada dövlət sərhədinin tanınması və İrəvanın Qarabağdan de-yure imtina etməsi deməkdir. Bunu iki ehtimal üzərindən dəyərləndirmək mümkündür:

Birincisi, Paşinyan kommunikasiyanın bərpası üçün sərhədin delimitasiyası prosesinin getdiyi vaxt Minsk qrupunun “dirildilməsi”nə çalışır və ən azından Qərbin diqqətini Qarabağa yönəldir: Qarabağ məsələsi Ermənistan üçün həm də sərhəd danışıqlarında əlini gücləndirmək baxımından kart ola bilər.

İkincisi, bu açıqlama ilə erməni ictimaiyyətinə, xüsusilə “hakimiyyət yeni gizli razılaşmaya gedir” iddiası üzərindən anti-təbliğat aparan qruplar qarşısında “Qarabağadan imtina etmədiyini” göstərir”.

Asif Nərimanlı qeyd etdi ki, proseslərin inkişafı 44 günlük müharibədən öncəki vəziyyəti xatırladır. Deyəsən, Paşinyan sərhəddə və Qarabağda həlledici toqquşmanı yetişdirir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90