Elmar Baxşıyev daha bir il “Araz-Naxçıvan”da

image-img_5390backend

“Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevlə müqavilənin müddətini uzadıb. 

Busaat.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis 2025/2026 mövsümündə də “qırmızı-ağlar”da işləyəcək. Onunla anlaşma 1 illikdir.

Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının 2024/2025 mövsümünü 3-cü pillədə başa vurub və tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki