Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 579 $▼3.88%
  • Ethereum1 831 $▼5.02%
  • S&P 5007 562▼0.40%
13°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Elmar Məmmədyarovdan daha bir açıqlama

image-elmarmemmed
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Azərbaycanlı ekoloqların Xankəndi-Laçın yolunda keçirdiyi etiraz aksiyası artıq müəyyən nəticə verib”.

Bunu Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov “Danışaq?” verilişində Həmid Həmidova müsahibəsində deyib.

“Ekoloqların aksiyası artıq müəyyən nəticələr verib. İlk növbədə ona görə ki, “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında işlər dayandırılıb. Vəziyyətin inkişafının məntiqi onu deməyə əsas verir ki, ekoloji missiya ilə paralel olaraq Azərbaycan-Ermənistan sərhədində gömrük, sərhəd və fitosanitar postlar yaradılmalıdır. Laçın yolu işləyir, bu yolla maşınlar hərəkət edir. Azərbaycan bəyanatın altıncı bəndini heç bir şəkildə pozmur. Rusiya sülhməramlıları keçidin təhlükəsizliyini təmin edir, lakin yol Azərbaycanın suverenliyi altındadır. Ona görə də Rusiya sülhməramlıları təhlükəsizliyə də cavabdeh olmalıdır, yeri gəlmişkən, Zəngəzur dəhlizi boyunca da bunu etməlidirlər”, – o bildirib.

H.Həmidov verilişin qonağı ilə İrandakı etiraz aksiyaları ilə bağlı vəziyyət, İsraildə Azərbaycan səfirliyinin açılması, Ukraynadakı müharibə, Rusiyanın gələcəyi ilə bağlı müzakirə aparıb, E.Məmmədyarovun Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə dostluq münasibətlərindən söz açıb.

E.Məmmədyarov XİN rəhbəri vəzifəsindən getdikdən sonra nə işlə məşğul olduğu barədə danışıb: “Əlaqə vasitələrim daim açıqdır, çox jurnalist zəng edir, fikirlərimi soruşur, şərh istəyir. Nazir kimi fəaliyyət göstərdiyim 17 ildə etdiyim çıxışlarımı, müsahibələrimi, məqalələrimi, bəyanatlarımı toplamağa çalışmışam. Ümumi həcm 3 min səhifədən çoxdur. İndi nəyi saxlayıb, nəyi atmaq üzərində işləyirəm. Düşünürəm ki, ya internet saytı yaradaram, ya da gələcək nəsillər üçün kitab nəşr etdirərəm”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96236