Elmar Qasımov milli komandaya qayıtdı

image-157479_6qurgx44wabackend

Cüdoçu Elmar Qasımov yenidən Azərbaycan milli komandasının heyətində məşqlərə qatılıb.

Busaat.az xəbər verir ki, bunu “Qafqazinfo”ya idmançı özü açıqlayıb.

O bildirib ki, hazırda yığmanın heyətində Göygöldə təlim-məşq toplanışındadır:

“Açığı, mən milli komandadan getməmişdim. Sadəcə keçmiş federasiya rəhbərliyi ilə problemim var idi. Rəhbərlik dəyişəndən sonra isə komandadayam və hazırda da yığma ilə təlim-məşq toplanışındayam”.

Qeyd edək ki, Elmar Qasımov Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti Sadıq Sadıqov və baş katib Elmar Babanlı ilə olan problemlərə görə yığma komandanın məşqlərinə qatılmırdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki