Elon Musk insan beyninə çip yerləşdirmək üçün icazə aldı

image-elon-musk-tan-iran-icin-starlink-hamlesi-1067825-5backend

Milyarder iş adamı Elon Maskın beyin implantı şirkəti Neuralink ABŞ Qida və Dərman İdarəsindən (FDA) insanlar üzərində klinik sınaqlara başlamaq üçün icazə alıb.

FDA-nın təsdiqi əhəmiyyətli bir addımdır, çünki şirkət əvvəllər heç vaxt insanlar üzərində sınaqlar üçün icazə almayıb.

Busaat.az xəbər verir ki, Neuralink-in FDA-dan sözügedən təsdiqi alması “Twitter”də təsdiqlənib:

“İnsanlara kömək edə bilmək texnologiyamız üçün irəliyə doğru atılmış vacib bir addımdır”.

Təcrübələrin məqsədi və əhatə dairəsi haqqında məlumat verməyən Neuralink hələ ki, iştirakçı seçiminə başlamadığını bildirib.

Neuralink və FDA Reuters-in mövzu ilə bağlı suallarına cavab verməyib.

Mask iddia edir ki, beyin implantları piylənmə, autizm, depressiya və şizofreniyadan tutmuş internet sörfünə və telepatiyaya qədər bir çox sahədə işləyəcək.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90