Əməkdar artist estetik əməliyyatın qurbanı oldu: “Çox peşmanam…”

image-1690790707_64c751ae4ad6164c751ae4ad62169078417464c751ae4ad5f64c751ae4ad60backend

“Üzümdə estetik prosedur etdirdim. Təəssüf ki, həkimin etdiyi iş çox uğursuz alındı. Həkimə əməliyyatın səhv olduğunu deyəndə, boynuna almadı. Çox səhv bir əməliyyat etdi, bacarmadığı bir iş gördü”.

Sfera.az-ın xəbərinə görə, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva səsləndirib.

O, üzünə botoks vurdurduğunu və bunun fəsad törətdiyini, hələ də o iynənin acı nəticələrinin qaldığını deyib.

“İnsan həyatı və gözəlliyi ilə oynayırsız. Həyatımda bir dəfə üzümə botoks vurdurdum. Onu da mənə məcbur etdilər. Amma çox peşman oldum”, – deyən Əməkdar artist başqa estetik əməliyyatlar etdirmədiyini iddia etsə də, dodağında dolğu olması hiss olunur.(lent.az)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki