Emin Mahmudov Qurban Qurbanova çatdı

image-e0819b61a897662ee65f3e962ff56cd39b3314e8-5d9a-30da-a433-b9f762339e26_850-jpgbackend

Azərbaycan millisinin kapitanı Emin Mahmudov Qurban Qurbanovun 20 illik rekordunu yeniləyib.

32 yaşlı yarımmüdafiəçi buna Qazaxıstanla yoldaşlıq matçında nail olub. O, 50-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Nəticədə Emin millidə vurduğu qolların sayını 14-ə çatdırıb. Bununla da o, Qurban Qurbanovun 20 illik rekordunu təkrarlayıb.

Qeyd edək ki, Q.Qurbanov 1992-2005-ci illərdə Azərbaycan millisinin formasını geyinib. Emin isə 2016-cı ildən yığmamızın üzvüdür.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki