Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.40 $▲0.70%
  • WTI neft88.41 $▲0.57%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.151 $▼0.25%
  • Qızıl3 876 $▲0.09%
  • Gümüş47.63 $▲0.26%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.25 ¢▼0.04%
  • Bitcoin64 740 $▼0.88%
  • Ethereum1 818 $▼0.89%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Siyasət

Emoməli Rəhmon yenidən Bakıya gələcək

image-1700823317_1700823298_1700809833_17008096091694039110_1200x630
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Sizin Düşənbəyə dövlət səfərinizdən sonra nazirliklərimiz və idarələrimiz çox fəal əməkdaşlığa başlayıblar. Çoxlu proqramlar işlənib hazırlanır, biz indi bu barədə danışırıq. Dəvətinizə görə sağ olun. Növbəti ildə olacaq səfərə hazırlaşırıq”

Busaat.az xəbər verir ki, bunu Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

Onun sözlərinə görə, ikitərəfli qarşılıqlı fəaliyyətimiz həm ticarət sahəsində, həm də humanitar müstəvidə dinamik şəkildə inkişaf edir:

“Azərbaycanlı dostlarımızın uğurlarına sevinirik, ölkəniz inkişaf edir. Düzgün qeyd etdiniz ki, son illər, xüsusən Sizin Düşənbəyə dövlət səfərinizdən sonra nazirliklərimiz və idarələrimiz çox fəal əməkdaşlığa başlayıblar. Çoxlu proqramlar işlənib hazırlanır, biz indi bu barədə danışırıq. Dəvətinizə görə sağ olun. Növbəti ildə olacaq səfərə hazırlaşırıq. Biz indi bunun üzərində işləyirik və müvafiq orqanlarımız qarşılıqlı fəaliyyət göstərir. Zənnimcə, bu, ikitərəfli münasibətlərimizə güclü təkan verəcək. Bu gün isə mən Sizinlə münasibətlərimizin mövcud vəziyyətini və perspektivlərini, regional problemləri müzakirə etməyə hazıram”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=128942