Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani ilə telefon danışığı aparıb.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, ərdoğan telefon danışığı zamanı deyib ki, İsrailin İrana hücumları Binyamin Netanyahu administrasiyasının Yaxın Şərqin təhlükəsizliyinə ən böyük təhdid yaratdığını göstərib.
“Prezident Ərdoğan bildirib ki, Türkiyə İsrailin İrana hücumundan sonra intensiv diplomatik təmaslar aparır və bu hücumların başladığı zorakılığa son qoymaq üçün səylərini davam etdirəcək. O, qeyd edib ki, Netanyahu bir daha onun regionun təhlükəsizliyinə ən böyük təhdid olduğunu göstərdi”, – Türkiyə liderinin ofisinin telefon danışığından sonra verdiyi açıqlamada deyilir.
Ərdoğan, həmçinin, İsrailin İrana hücumunun Qəzzadakı humanitar böhran və soyqırımı kölgədə qoyduğunu vurğulayaraq, “Suriyanın bu hadisələrə cəlb olunmasına icazə verilə bilməyəcəyini” deyib.