Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.42 $▲1.83%
  • WTI neft86.39 $▲1.62%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.206 $▲3.85%
  • Qızıl3 858 $▼0.49%
  • Gümüş47.35 $▼0.29%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda610.25 ¢▲1.79%
  • Bitcoin63 695 $▼1.73%
  • Ethereum1 788 $▼1.70%
  • S&P 5007 327▼1.25%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Ərdoğan Putinlə Ukraynanı müzakirə etdi

image-putin-5
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Busaat.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Rusiya-Ukrayna məsələsinin müzakirə edildiyi görüşdə Ərdoğan Putinlə regional məsələlərdə qurduğu sıx dialoqa hər zaman böyük əhəmiyyət verdiyini, bunun müsbət nəticələrini gördüklərini və bu yanaşmanın davam etdirilməsi əzmində olduğunu vurğulayıb.

Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə zidd addımları tanımadıqlarını və bunun prinsipial bir münasibət olduğunu bildirən Ərdoğan, Minsk razılaşmaları əsasında bir nəticəyə gəlməyin vacib olduğunu qeyd edib.

Problemin daha da mürəkkəbləşəcəyinə və xüsusilə də hərbi qarşıdurmanın heç kimə fayda verməyəcəyinə diqqət çəkən Ərdoğan bu anlayışla diplomatik təmas və danışıqların davam etdirilməsinə önəm verdiklərini, Türkiyənin gərginliyin azaldılması üçün üzərinə düşəni etməyə hazır olduğunu bildirib.

Bu məsələnin dialoq yolu ilə həll edilməsi çağırışını dilə gətirən Ərdoğan diplomatiyanın önə çəkilməsinin faydalı olduğuna və NATO daxilində də konstruktiv mövqe tutduqlarına diqqət çəkib.

Ərdoğan Putinin keçən ilin sentyabrında Soçiyə səfəri zamanı razılaşdırıldığı kimi, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı üçün ən qısa zamanda Türkiyəyə səfərini gözlədiyini bir daha vurğulayıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=72060