Ərdoğan və Putin arasında kritik GÖRÜŞ

image-erdoganputinbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Aparatı yayıb.

Məlumata görə, görüşdə Türkiyədə baş verən zəlzələlər və birinci ilini tamamlayan Rusiya-Ukrayna müharibəsi ilə bağlı son hadisələr müzakirə edilib.

Prezident Ərdoğan zəlzələ ilə bağlı həmrəyliyinə görə Rusiya Prezidenti Putinə təşəkkür edib.

Rusiya-Ukrayna müharibəsində daha çox insan itkisi və dağıntı olmadan ədalətli sülhün bərqərar olması lazım olduğunu bildirən prezident Ərdoğan, İstanbulda əldə olunan razılaşmanın yenidən canlandırılmasını səmimiyyətlə istədiklərini və hər cür töhfə verməyə hazır olduqlarını bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90