Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 219 $▼1.47%
  • Ethereum1 906 $▼1.10%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Ərdoğan YAP-ı 30 illik yubileyi münasibətilə təbrik etdi

image-erdogan-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə məktub ünvanlayıb.

Busaat.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ərdoğanın təbrik məktubunu Heydər Əliyev Mərkəzində YAP-ın yaradılmasının 30-cu ildönümü münasibətilə keçirilən tədbirdə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini və İstanbulun millət vəkili Numan Kurtulmuş səsləndirib.
Ətraflı

Ərdoğan öz məktubunda dövlət başçısı İlham Əliyevi, YAP üzvlərini və Azərbaycan xalqını təbrik edib və bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu partiya ilk gündən etibarən böyük xidmətlər göstərib.

“Torpaqlarını işğaldan azad edən, bölgənin parlayan ulduzuna çevrilən Azərbaycan bu gün bütün Türk dünyası üçün bir ilham mənbəyi vəziyyətindədir. Türkiyə ilə Azərbaycan arasında müstəsna əlaqələrə əsaslanan və Şuşa Bəyannaməsi ilə ən üst səviyyəyə yüksələn əməkdaşlığımız və həmrəyliyimizin gələcəkdə də artaraq davam edəcəyinə inanıram. Əminəm ki, YAP önümüzdəki dövrdə də Azərbaycanın rifahı və dünyada mövqeyinin möhkəmlənməsi yolunda fəaliyyətini uğurla davam etdirəcək”, – deyə Ərdoğan qeyd edib.

Qafqazinfo

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=91240