“Ərdoğanın seçkilərdə qalib gəlməsi, dünya miqyasında pozitiv bir irəliləyişdir…” – ŞƏRH

image-5fc686b1-db7a-4286-90df-8c3dfc6c6252backend

Türkiyədəki seçkilərdə yenidən Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini bir çox liderlər təbrik etdilər. Bunların içərisində Türkiyəyə qarşı mütəmadi olaraq düşmən mövqedə olan ölkələrin rəhbərləri də var idi. Ümumiyyətlə bu seçkilərin ümumi nəticəsi region ölkələri üçün nə vəd edir?

Bu və ya digər suallar və mövzu ilə bağlı politoloq Natiq Cəfərli Busaat.az-a açıqlamasında bildirib ki, istər-istəməz nəticədə Türkiyənin növbəti Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın qalibiyyəti, həm Türk dövlətlərinin gücləndirilməsi, həm Avropa İttifaqı ölkələri, həm də Rusiya Federasiyası ilə diplomatik və digər mühüm müstəvilərdəki bütün dövlətlərarası münasibətləri saxlamaqla bölgədə bir dialoq platfomasını yaradan siyasətin davam etməsidir:

“Əslində Türkiyədəki Prezident seçkilərinin yekun nəticəsində Ərdoğanın qalib gəlməsi bölgədəki düzənin davam etməsinə xidmət edir. Doğrudur, bir çox ölkələr var idi ki, yumşaq desək, Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsindən heç də məmnun deyildilər.

Amma istər-istəməz nəticədə Türkiyənin növbəti Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın qalibiyyəti, həm Türk dövlətlərinin gücləndirilməsi, həm Avropa İttifaqı ölkələri, həm də Rusiya Federasiyası ilə diplomatik və digər mühüm müstəvilərdəki bütün dövlətlərarası münasibətləri saxlamaqla bölgədə bir dialoq platfomasını yaradan siyasətin davam etməsidir. 

Beləliklə hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğanın Prezident seçkilərində uğur qazanması sözügedən siyasətə indiki zamanda tələbin güclü olmasının da göstəricisidir.

Həm Türkiyədə, həm də Türkiyədən xaricdə hər nə qədər də Ərdoğanın əlehdarları olsa da bu seçkilərdəki nəticələr dünya miqyasında pozitiv bir irəliləyişdir.”

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki