Erməni HİYLƏSİ: “Pası” Rusiyaya ötürmək istəyirlər…” – ŞƏRH

image-photo_75644backend

“Rusiyanın dəstək verdiyi qüvvələr manipulyasiya etməyə çalışır”.

Bunu Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryanın “Rusiya indi tədbir görməsə, Laçın yoluna nəzarəti geri qaytara bilməyəcəyik” sözlərini şərh edən politoloq Samir Hümbətov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Laçın məsələsində xeyli ermənidə narahatlıq var:

image-samir-humbetov-1

“Ermənistanda müxalifət və iqtidar arasında fikir ayrılığı var. Mövcud vəziyyəti dərk edən Ermənistan prosesləri Rusiyanın üzərinə atmaq istəyir. Lakin həmin torpaqların əbədi olaraq Azərbaycanın olduğunu dərk etmirlər. İşğaldan azad olunmuş torpaqları dünya birliyi Azərbaycanın ərazisi kimi tanıyır”.

Politoloq İskəndəryanın sözlərinin nəyə xidmət etdiyini belə şərh edib: “İskəndəryanın sözlərinə gəldikdə isə, tamamilə təxribat xarakterlidir. Laçın yolu bağlanmayıb. Eko-aktivistlər etiraz mitinqləri keçirməklə həm Rusiya, həm Ermənistan, həm də beynəlxalq ictimaiyyətə “ekologiyamızın korlanmasına imkan verməyəcik” mesajı verir. Ermənilər reallıqla barışmasalarda məcburən qəbul edəcəklər. Çünki başqa variant yoxdur. Rusiyanın dəstək verdiyi qüvvələr manipulyasiya etməyə çalışır. Bu cür açıqlamalar pas ötürmək kimidir. Rusiya bizim ərazidə heçnə edə bilməz”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki