Erməni xalqı ağıllı olsa bunu anlayar – ŞƏRH

image-photo_451469backend

“Türk dili Ermənistanda işlək dilə çevrilsə, bu ancaq Ermənistana fayda gətirəcək. Ermənistanın ticarət əlaqələri, turizmin inkişafı üçün əvəzsiz bir nemət olar. Erməni xalqı ağıllı olsa bunu anlayar”.

Bunu ermənipərəst politoloq Stanislav Torosovun İrəvanın Qərblə yanaşı, Türkiyə ilə də yaxın münasibət saxlaması, hətta gələcəkdə Ermənistanda ikinci dövlət dilinin türk dili olacağı ilə bağlı fikirlərinə münasibət bildirən və erməni cəmiyyətinin bunu necə qarşılayacağından danışan “Cümhuriyət” qəzeti və Cebhe.info Xəbər Portalının rəhbəri, politoloq Rəfail Becanov Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Cənubi Qafqaza Rusiyanın birmənalı şəkildə yeganə çıxışı Ermənistandır:

image-167542555475523905563dcf712234b6

“Azərbaycan Rusiya ilə bərabərhüquqlu tərəfdaşlıq siyasəti yürüdür. Abxaziya və Cənubi Osetiyanın işğalına baxmayaraq, Gürcüstan da buna çalışır. Ermənistan isə Qərblə yaxınlaşmağa çalışsa da, hələ Rusiyanın asılılığındadır. Ərazisində Rusiya hərbi bazaları var, bir çox strateji sahələr Rusiyanın nəzarətindədir. Ona görə də Rusiya ermənipərəst politoloqların, televiziya kanallarının vasitəsilə Ermənistanın daxilinə nüfuz etməyə və erməniləri türk sözü, türk dili ilə qorxudub öz təsirləi altında saxlamağa çalışırlar. Ermənilər onsuz da bizi – türkləri düşmən sayırlar. İllərdir yalançı soyqırımı ilə Türkiyəyə, torpaq istəyi ilə bizə qarşı iddia qaldırırlar. Bununla da özlərini təcrid vəziyyətinə salıblar.

Əslində, Ermənistanın Türkiyə və Azərbaycanla yaxınlaşmaqdan, onlarla normal və sivil qonşuluq münasibətləri qurmaqdan başqa çıxış yolları yoxdur. İnkişaf etmək, azad və abad bir ölkəyə çevrilmək istəyirlərsə, bu münasibətlərə normal yanaşmalı və qondarma soyqırımı, avantürist ərazi iddialarından tam mənada geri çəkilməlidir. Türk dili Ermənistanda işlək dilə çevrilsə, bu ancaq Ermənistana fayda gətirəcək. Ermənistanın ticarət əlaqələri, turziminin inkişafı üçün əvəzsiz bir nemət olar. Erməni xalqı ağıllı olsa bunu anlayar”.

“Ancaq Ermənistanda bunu dərk edənlərin say nisbəti çox azdır. Bəlkə də 10-15 nəfərdirlər. Paşinyan özünü bu siyasəti aparan kimi göstərsə də, ortada nəticə yoxdur. Çünki Ermənistan cəmiyyəti buna hazır deyil. 100 ildən çoxdur bu cəmiyyəti xəstəyə çeviriblər. Ona görə hazırda belə gözlənti yoxdur. Bu iddianın ortaya atılması avantürist və rus şovinizminin maraqlarına xidmət edən iddiadır. Amma gələcəkdə bunu qaçılmaz da hesab etmək olar. İngilis dili region üçün yeni sayıldığından rus dili bu gün regionda işlənir və faktiki ünsiyyət dilidir. Gələcəkdə türk dilinin rəsmi dil olmasa da, regionun hakim dilinə çevriləcəyi gözləniləndir. Türkiyə kimi qüdrətli və böyük bir dövlətin regiona təsiri artdıqca bunun baş verəcəyini istisna etmək olmaz. Ruslar ona görə də indidən həyəcan təbili çalır, öz dövlətlərinə də, ermənilərə də mesaj verirlər ki, buna imkan verilməsin. İndi zamanı olmayan bir iddianı səsləndirməklə isə regiondakı sabitliyə doğru olan istiqamətləri hədəfə alırlar”, – politoloq əlavə edib.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki