Ermənilər Parisdə separatçılara dəstək nümayişi keçiriblər

image-thumbs_b_c_11a06ed4c1fe20528c73d054a3678976backend

Bir qrup erməni Parisdə Eyfel qülləsi qarşısında Qarabağdakı separatçılara dəstək nümayişi keçirib.

Busaat.az xəbər verir ki, nümayişçilər tələblərinə müvafiq olan mesaj və fotolar paylaşıblar.

Nümayişin məqsədi “Qarabağın Ermənistanla yeganə quru əlaqəsinə mane olan və Qarabağı gələcək humanitar fəlakətə məhkum edən Azərbaycanın qeyri-qanuni blokadası nəticəsində insanların çəkdiyi əzablara diqqət cəlb etmək” olub.

Nümayişdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla birlikdə, Avropa Komissiyasının sədri Ursula fon der Leyen əleyhinə fikirlər səsləndirilib.

Ermənilər Leyeni azərbaycanpərəst mövqe sərgiləməkdə günahlandırıblar.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90