Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 826 $▲1.12%
  • Ethereum1 805 $▲2.08%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Siyasət

Ermənistan 9 noyabr bəyanatının şərtlərini yerinə yetirməyə hazırdır - Paşinyan

image-pasinyan
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Regionda əlaqələrin yenidən açılmasında ən çox Ermənistan maraqlıdır. Başqa heç bir dövlət, nə Azərbaycan, nə də Türkiyəyə bu yollar bizdən daha çox lazım deyil.

Busaat.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Baş nazir bu sözləri parlamentdə deputat Şirak Torosyanın Aİİ və regional əlaqələrin açılması ilə bağlı sualları cavablandırarkən deyib.

Paşinyan bildirib ki, Ermənistanın Aİİ ilə vahid quru əlaqəsi olan Yuxarı Larsın, uçqunlar, hava və daşqınlarla bağlı  qarşısıalınmaz problemləri var.

“Əlbəttə, indi gürcü həmkarlarımız problemi daha tez həll etmək üçün tunelin tikintisinə təşəbbüs göstəriblər. Amma digər tərəfdən, biz başa düşürük ki, regionda əlaqələrin xüsusən də Ermənistan-Azərbaycan dəmir yolunun açılması Aİİ ilə ticarət dövriyyəmizi əhəmiyyətli dərəcədə artıracaq”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistan bununla bağlı 9 noyabr bəyanatının şərtlərini yerinə yetirməyə hazırdır.

“Yolların açılmasını ən çox istəyən bizik, müqavimət göstərənlər isə başqalarıdır. Otuz il blokadada qalan bizik, bu yollar bizdən başqa heç kimə lazım deyil, nə Azərbaycan, nə də Türkiyəyə. Onların alternativləri çoxdur. Gəlin 9 noyabr üçtərəfli bəyanatda yazılanları dəqiq həyata keçirək. Bəyanatda yazılmayanı isə ona aid etməyin”, – Paşinyan əlavə edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99916