Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.76 $▼1.91%
  • WTI neft90.66 $▼0.86%
  • Avropa qazı (TTF)85.05 €▼5.12%
  • Təbii qaz (ABŞ)2.986 $▲1.01%
  • Qızıl4 055 $▲0.03%
  • Gümüş51.79 $▲0.47%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda596.50 ¢▲0.21%
  • Bitcoin75 503 $▼0.61%
  • Ethereum2 226 $▼0.41%
  • S&P 5007 428▲0.96%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Analitika

“Ermənistan İrandan qalxan kimi istifadə edir…” - ŞƏRH

image-6-800x450
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ermənistan tez tələsik Avropa İttifaqının nümayəndələrini regiona gətirmək və İranı bu münaqişəyə cəlb etməklə onlardan qalxan kimi istifadə etmək istəyir”.

Bunu “Bütün problemləri həll etməyin bir yolu var – dinc danışıqlar” deyən Ararat Mirzoyanın açıqlamasını şərh edən politoloq Vüqar Əhmədov Busaat.az-a danışarkən deyib.

O bildirib ki, Ararat Mirzoyanın problemi dinc yolla həll etmək təklifinin formulunu Azərbaycan artıq iki ildir təklif edir:

image-vuqar_ehmedov876-1

“Problem ondadır ki, Ermənistan rəsmilərinin açıqlamaları ilə əməlləri bir-birinə uyğun gəlmir. Azərbaycan dəfələrlə xəbərdarlıq etdi ki, əgər Ermənistan üzərinə götürdüyü öhdəlikləri, yəni Naxçıvana Zəngəzur dəhlizinin təmin olunması, sərhədlərin delimitasiyası, sülh müqaviləsi və regional əməkdaşlıqla bağlı real addımlar atmasa məsələ yenidən güc müstəvisinə keçəcək. Bundan artıq necə problemi həll etmək olar axı, Azərbaycan bunun formulunu və yolunu göstərib, məsələ burasındadır ki, Ermənistan bunların heç biri ilə bağlı belə real addım atmayıb, Azərbaycanın verdiyi şansların heç birini dəyərləndirməyərək prosesi uzatmağa çalışır. Azərbaycan tərəfi dəfələrlə xəbərdarlıq etdi və yanvarın sonuna qədər razılaşmalarla bağlı vaxt qoydu. İndi görsənir ki, Ermənistan yenə də vaxtı uzadır, nələrəsə ümidi var və gözləyir. Lakin anlayır ki, Azərbaycanın artıq səbri tükənir və problemin həllində alternativ yollara əl atmaq məcburiyyətində qala bilər. Ona görə tez tələsik Avropa İttifaqının nümayəndələrini regiona gətirmək və İranı bu münaqişəyə cəlb etməklə onlardan qalxan kimi istifadə etmək istəyir. Lakin bu əksinə olaraq Ermənistanın əleyhinə işləyəcək. Ermənistan rəsmilərinin bu açıqlamalarından və mövqeyindən anlaşılır ki, onlar öhdəlikləri dinc yolla yerinə yetirmək istəmirlər”.

Ələsgər / Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=100054