Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.25 $▼1.95%
  • WTI neft95.55 $▼1.58%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.878 $▼0.21%
  • Qızıl3 958 $▲0.64%
  • Gümüş49.76 $▲0.32%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda594.75 ¢▼1.73%
  • Bitcoin76 863 $▼0.61%
  • Ethereum2 260 $▼0.50%
  • S&P 5007 569▲0.35%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

Ermənistan Türkiyə ilə sərhəddəki keçid məntəqəsindən Rusiya sərhədçilərini çıxarır

image-ermenistan_serher
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan hakimiyyəti yaxın vaxtlarda Türkiyə ilə sərhəddə yerləşən Axurik zastavasının buraxılış məntəqəsindən Rusiya sərhədçilərini çıxarmaq niyyətindədir.

Busaat.az xəbər verir ki, bu barədə “News.am” diplomatik dairələrdən olan mənbəyə istinadən məlumat yayıb.

Müsahibin sözlərinə görə, Axurik zastavasında bilavasitə buraxılış məntəqəsinin təhvil verilməsi barədə qərar artıq qəbul edilib və hətta bayraq dirəyi də quraşdırılıb: “Bununla belə, zastavada Rusiya sərhədçiləri qalacaqlar. Hazırda Türkiyə istiqamətində dəmir yolu xəttinin vəziyyəti qiymətləndirilir”.

Qeyd edilib ki, digər mənbələrin məlumatına əsasən, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsi bölgəsində tikinti işlərinə başlayıb. Bildirilir ki, Türkiyə tərəfdən tikintiyə başlanması və Axurikin istifadəyə verilməsi ehtimalı yaxın gələcəkdə sərhədin açılması niyyətinin ciddiliyindən xəbər verir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179034