Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı növbəti görüş ya Ermənistanda, yaxud Türkiyədə olacaq – KİV

image-turkiye-ermenistan-kolaj-trt-haber-1660085backend

Ankara və İrəvan arasında dialoqa istənilən kənar müdaxilə regiondakı bütün proseslərə mənfi təsir göstərə bilər.

Busaat.az xəbər verir ki, bunu Türkiyənin dövlət xəbər agentliyi Anadolu diplomatik mənbələrə istinadən bildirib.

Agentliyə görə, hazırda normallaşma prosesində ləngimə müşahidə olunsa da, təmaslar dayanmayıb və Ankara ilə İrəvan arasında texniki aspektlər müzakirə olunur.

“Ankara ilə İrəvan arasında dialoqa istənilən kənar müdaxilə regiondakı bütün proseslərə mənfi təsir göstərə bilər, lakin Ankara təkcə Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşdırılması üçün deyil, həm də ümumilikdə uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirəcək. Biz gördüyümüz işi davam etdirəcəyik, çünki biz səmimi səylər göstəririk”, – deyə mənbə bildirib.

Əlavə edilib ki, normallaşma ilə bağlı beşinci danışıqlar üçün hələ tarix təyin olunmayıb, lakin danışıqların baş tutması üçün bir sıra qarşılıqlı addımların atılması lazımdır. Danışıqlar ya Türkiyədə, ya da Ermənistanda baş tutacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90