Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır – Paşinyan

image-1389607backend

Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi yalnız iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıdığı təqdirdə mümkündür.

Busaat.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi iki ölkə bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə tanısa və gələcəkdə heç vaxt ərazi mübahisələrinin olmaması barədə razılığa gələrsə, reallaşar”.

Paşinyanın  sözlərinə görə, sülh müqaviləsinə zəmanət verən beynəlxalq mexanizmlərin formalaşdırılması həyati əhəmiyyət kəsb edir, əks halda sazişin imzalanmasından ertəsi gün yeni müharibə və ya yeni eskalasiya başlaya bilər.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki