Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft102.74 $▼2.43%
  • WTI neft95.12 $▼2.02%
  • Avropa qazı (TTF)92.07 €▼1.48%
  • Təbii qaz (ABŞ)2.855 $▼1.01%
  • Qızıl3 951 $▲0.47%
  • Gümüş49.44 $▼0.31%
  • Pambıq77.02 ¢▼0.68%
  • Buğda592.00 ¢▼2.19%
  • Bitcoin76 543 $▼1.02%
  • Ethereum2 254 $▼0.80%
  • S&P 5007 569▲0.35%
16°Bakı
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
  • USD1.7000
  • EUR1.9023▲0.0023
  • 100 RUB2.0943▼0.0175
  • GBP2.2794▲0.0025
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2548▼0.0009
  • GEL0.6552▼0.0009
  • 100 KZT0.3751▲0.0008
  • UAH0.0372▼0.0003
  • 100 JPY1.0767▼0.0004
  • CHF2.0776▲0.0141
Dünya

Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarəti müzakirə edir

image-c302fa5c-8029-3d80-9c77-85859a91b8d3_825
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan və Azərbaycan potensial qarşılıqlı ticarət üçün mal siyahılarının mübadiləsini aparır və öyrənir.

Busaat.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra brifinqdə bildirib.

“Hazırda proseslər gedir – Ermənistan və Azərbaycan satışı və ya alışında maraqlı olduqları potensial malların siyahılarının mübadiləsini aparır”, – Paşinyan vurğulayıb.

Hökumətin Azərbaycan benzinini kimlərin alacağını necə müəyyən etməsi ilə bağlı sualı şərh edən Paşinyan qeyd edib ki, bazar əvvəlcədən araşdırılıb və təklif bu imkanı siyasi aksiyaya çevirməyəcək şirkətlərə verilib.

Onun sözlərinə görə, Azərbaycanın neft məhsullarını Ermənistana satmaq təklifini Azərbaycan Baş nazirinin müavini delimitasiya komissiyalarının görüşündə irəli sürüb.

“Biz dedik ki, belə bir imkan var (Azərbaycanın neft məhsullarını almaq – red.). Və hər iki tərəfdən şirkətlər, səhv etmirəmsə, bizim tərəfdən 2 şirkət əlaqə qurdu”, – o qeyd edib.

Paşinyan vurğulayıb ki, Azərbaycan neft məhsullarını satmaqdan imtina edən yanacaqdoldurma məntəqələrindən ibarət şəbəkələr də olub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=178841