Ermənistan və Azərbaycan sülh razılaşmasına nail olmaq yollarını axtarmalıdırlar – Lavrov

image-lavrovbackend

Ermənistan və Azərbaycan dialoq üçün imkanlar və sülh sazişinə nail olmaq yollarını axtarmalıdırlar. Rusiya bu işi sürətləndirməyə ümid edir.

Busaat.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov cümə günü Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.

“Dörd ədəd üçtərəfli bəyanat təsdiq olunub. Onların üzərində iş gedir, amma təbii ki, biz bunu sürətləndirmək istərdik. Yerdə hansı məsələlər ortaya çıxırsa, necə deyərlər, mən əminəm ki, biz həmin məsələlər ətrafında müntəzəm görüşməli, danışıqlar aparmalıyıq” – deyə, Rusiya diplomatik missiyasının rəhbəri bildirib.

Lavrov erməni tərəfinin cümə günü Moskvada baş tutmalı olan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirakını ləğv etmək qərarından təəssüfləndiyini bildirib: “Biz sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək üçün bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirməyə razılaşdıq. Biz bu tədbirə hazırlaşırdıq, lakin təəssüf ki, son anda erməni həmkarlarımız Moskvaya gəlməkdən imtina etdilər. və bunu bununla izah etdilər. Təəssüf edirik ki, belə bir fürsət əldən verildi”.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki