“Ermənistan vəziyyətdən istifadə edərək Avropanı…” – ŞƏRH

image-6598aab460348ade680b4ded663873db-669x403backend

“Məqsəd Avropa İttifaqının hərbi missiyasını Qarabağa cəlb etmək, atəşkəsi Azərbaycanın pozduğuna Avropanı inandıraraq sanksiya tətbiq etməkdir”.

Bunu regionda baş verən gərginliklər fonunda Ermənistanın vəziyyətdən sui-istifadə edərək təxribatlara əl atma ehtimalından danışan hərbi ekspert Elxan Şıxəliyev Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Ermənistan yaranmış vəziyyətin Azərbaycanla İranın hərbi qarşıdurmasına qədər irəliləməsini istəyir:

image-editor_fc09e6d7ae1a80465372b3e9ec336cce_mcekyqt7osrzxbl2wf6n

“Tehranda Azərbaycan səfirliyində baş verən hadisədən sonra Ermənistanın istəyi Azərbaycan-İran münasibətlərinin gərginləşməsidir. Proseslər fonunda müxtəlif təxribatlara əl atmaq istəsə də kifayət qədər resursu yoxdur. “Vətən” müharibəsində ordusunun 60-70%-ni itirən Ermənistan hələ də ordusunu bərpa edə bilməyib”.

Hərbi ekspert ermənilərin yol verə biləcəyi mümkün təxribatları dəyərləndirib: “Gərgin vəziyyətdən istifadə etmək üçün kiçik çaplı təxribatlara əl ata bilərlər. Burda isə məqsəd Avropa İttifaqının hərbi missiyasını Qarabağa cəlb etmək, atəşkəsi Azərbaycanın pozduğuna Avropanı inandıraraq sanksiya tətbiq etməkdir. Digər gizli plan isə dislokasiya nöqtələrimizə atəş açaraq Azərbaycanın adekvat cavabı ilə sülhməramlıların gərginlik altında saxlanmasıdır. Bu plan isə Rusiya-Azərbaycan münasibətlərinin pozulmasına xidmət edir. Azərbaycan ermənilərin atacağı addımları bilir və lazımi tədbirləri görür”.

Ələsgər / Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki