“Ermənistan ya sülhə gələcək, ya da Azərbaycanın digər tələbləri ilə üzləşməli olacaq” – Hərbi ekspert

image-new-project-2020-10-22t101340-336backend

Ötən gecə Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi qarşıdurma yaşanıb. Ermənistan tərəfinin Azərbaycan sərhədlərində təxribata əl atması Azrbaycan ordusunun vaxtında və effektiv cavabı ilə nəticələnib. Düşmən tərəf həm canlı qüvvə, həm də hərbi-texniki cəhətdən xeyli itklilərlə üzləşib. Azərbaycan tərəfinin əməliyyatlar sonrasında şəhid verdiyi barədə məlumatlar yayılsa da Müdafiə Nazirliyi hələlik bu barədə rəsmi açıqlama verməyib.

Sərhəddə anidən qarşıdurma yaşanması isə, hər iki ölkədə ciddi rezonansa səbəb olub. Çünki bundan əvvəl tərəflər münasibətlərin mülayimləşdirilməsi istiqamətində danışıqlar aparıb, hətta bir müddət əvvəl Azxərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüş təşkil edilib.

Ancaq görünür ki, görüşdən sonra tərəflər konkret razılaşmalar əldə edə bilməyib və nəticədə sərhəddə insidentin yaşanılması qaçınılmaz olub.

Bununla bağlı hərbi ekspert Səxavət Məmməd Busaat.az-a açıqlama verərək, Ermənistan tərəfinin sülh müqaviləsi imzalamaqdan imtina etdiyini bildirib: “Brüssel görüşündə Ermənistan tərəfi verdiyi sözü tutmadı və sülh müqaviləsi ilə bağlı öhdəlikdən boyun qaçırdı. Bu barədə hətta Nikol Paşinyan da açıqlama vermişdi ki, Azərbaycanla razılaşa bilməyiblər.

image-2d247e3b-7ea6-4ff9-b767-58af896c5e2c

Artıq biz adət etmişik ki, hər dəfə erməni tərəfi öhdəliklərindən yayındığı zaman söz silaha verilir.

Əslində gecə baş verən təxribat və Azərbaycan ordusunun keçirdiyi əməliyyat məntiqi nəticə idi. Yəni, bu əməliyyat qəfil oldu deyə bilmərik”.

Ekspert bildirib ki, bu əməliyyatlar sayəsində qarşı tərəfin Azərbaycan sərhədlərində cəmləşmə həyata keçirməsi planın qarşısı alınıb: “Azərbaycan ordusu həm də erməni tərəfinin sərhədə yaxın ərazilərdə cəmləşmə həyata keçirdiyini və qüvvə yığdığını görürdü. Bundan əlavə mühəndis istehkam işləri aparılırdı. Əgər hansısa bir ölkə bu işləri görürsə bunun adı qarşı tərəfi “təhdid” etməkdir.

Azərbaycan ordusu qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirib. Qarşı tərəfin birinci eşalonda olan mövqeləri tamamilə sıradan çıxarılıb. Bir neçə yüksəkliyə Azərbaycan ordusu nəzarət edir. Bundan əlavə erməni tərəfi 100-dən çox canlı qüvvə itirib. Bu itkilərin üzərinə hərbi texnika və raket sistemləri də gəlinsə qarşı tərəfin törətdiyi təxribatın özünə baha başa gəldiyini təsəvvür etmək çətin deyil”.

Ekspert həm də Azərbaycanın tarixi torpaqları olan Zəngəzur məsələsinə də münsibət bildirib: “Azərbaycan tərəfi artıq bir neçə dəfə tarixi torpaqları gündəmə gətirib. Ümumiyyətlə, Ukrayna Rusiya müharibəsi dünyada bu məsələni aktual edib. Hesab edirəm ki, rəsmi Bakı bundan sonra Zəngəzur məsələsini bir qədər də qabartmalıdır. Tarixi torpaqlara iddialı olduğunu bildirməlidir. Ermənistan ya sülhə gələcək, ya da Azərbaycanın digər tələbləri ilə üzləşməli olacaq”.

Busaat.az/Həşim Səhrablı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90