Ermənistanın 2023-cü il hökumət büdcəsi təsdiqləndi

image-ermenistan-1backend

Paşinyan Administrasiyasının təqdim etdiyi 2023-cü il dövlət büdcəsi parlamentdə təsdiq edilib.

Busaat.az xəbər verir ki, deputatlardan 66 nəfəri layihənin lehinə, 28 nəfər əleyhinə səs verib.

2023-cü ilin büdcəsində xərclər 2 trilyon 591 milyard dram, gəlirlər isə 2 trilyon 302 milyard dram nəzərdə tutulub. Vergi daxilolmaları 2 trilyon 203,7 milyard dram həcmində proqnozlaşdırılır. Büdcə kəsri 289 milyard dram səviyyəsində göstərilib.

Hökumət gələn il 7% iqtisadi artım proqnozlaşdırır.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90